Bu gün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə AQSİA-nın ofisində qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankının ofisdə quraşdırdığı mini laboratoriyada gün ərzində onlarla vətəndaşımız aksiyaya qoşulub.
Teleqraf.com-un məlumatına görə, AQSİA-nın sədri Səkinə Babayeva, komissiya rəhbərlərinin və qurumun dgər üzvləri olan sahibkar xanımların aktiv iştirakı ilə keçirilən xeyriyyə aksiyasına tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri də qatılıb. Etika Akademiyasının rəhbəri Günel İbrahim, modelyer-dizayner Gülnarə Xəlilova, hüqüq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyeva, KİV nümayəndələri, Əməkdar jurnalist, tanınmış teleaparıcılar Mətanət Ağamirli, Fəxriyyə Lilpar, bir çox sahibkar xanımlar, müxtəlif qurum və şirkətlərin nümayəndələri qanvermə aksiyasında öz yardımlarını əsirgəməyiblər.
Qeyd edək ki, qanvermə aksiyası talasemiyadan əziyyət çəkən xəstələrə yardım məqsədilə həyata keçirilib.