Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman 3 nəfər şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib.
Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri-Əhməd Xubayberdiyev, Elçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunubla
r.