1 May 2020 10:36
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün e-huquq.az saytının fəaliyyətə başlamasından 1 il ötür.

Teleqraf.com xəbər verir ki, sayt 2019-cu ilin mayın 1-dən internet istifadəçilərinin ixtiyarındadır.

E-huquq.az fəaliyyətə başladığı ilk gündən vətəndaşların hüquqi biliklərinin artırılması və cəmiyyətin hüquqi maariflənməsi, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə materialların dərc olunması istiqamətində çalışır.

Saytın əsas məqsədi məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinin işıqlandırılması, vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində məqalə, reportaj və müsahibələrin dərc edilməsi, Azərbaycanda və dünyada baş verən mühüm hüquqi, siyasi və digər xəbərlərin oxuculara təqdim edilməsindən ibarətdir.

Protal Azərbaycan və rus dillərində informasiya xidməti göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər