Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyanın hər tərəfində laboratoriya şəbəkəsi var. Bu o deməkdir ki, ÜST hazırda dünyanın müxtəlif ölkələrində virusun inkişafını yaxından izləyir.
Teleqraf.com xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı rəhbəri Hande Harmancı media üçün keçirilən onlayn videokonfrans zamanı Malayziyada koronavirusun mutasiyaya uğraması iddiaları haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu haqda heç bir əsaslı sübut yoxdur: "Viruslar mutasiyaya tez-tez uğrasa da, koronavirusla bağlı belə bir fakta rast gəlinməyib".