1 Oktyabr 2014 16:27
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda noyabr ayında 4 xəstə üzərində sümük iliyinin köçürülməsi cərrahiyyə əməliyyatı həyata keçiriləcək.


Səhiyyə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində belaruslu həkimlərin iştirakı ilə sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı icra edilib.

Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir. İlk əməliyyatlarda olduğu kimi, noyabrda həyata keçiriləcək əməliyyatlar da belaruslu həkimlərin iştirakı ilə aparılacaq.

Ümumilikdə indiyə kimi sümük iliyi transplantasiyası ilə bağlı müraciət edənlərin onunda da bacı və qardaşı donor kimi uyğun gəlib. Əməliyyatın həyata keçirildiyi ilk üç şəxs də bacı və qardaşının donorluğu ilə əməliyyat olunub.

Sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə olunur. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər