1 May 2020 19:45
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına qoşulub.

Teleqraf.com xəbər verir ki, holdinqin əməkdaşları koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar. Holdinq tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin siyahıları əsasında respublikanın Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Biləsuvar, Balakən, Cəbrayıl, Xocavənd və Bakının Xəzər, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonu ərazisində yaşayan ümumilikdə 6000 ailəyə yardım edilib.

Yardım çərçivəsində “Gilan Holdinq”in əməkdaşları vətəndaşların xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyini də bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər