1 Oktyabr 2014 16:49
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qıza həm atası, həmdə qardaşı təcavüz edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 yaşlı Ö.B 3 il böyük qardaşı 17 yaşlı K.B və bir dəfə isə atası 60 yaşlı A.B-nin təcavüzünə məruz qalıb.

Azyaşlı qız anası və böyük qardaşı K.B. ilə birgə yaşayıb. İddiaya görə K.B üç il bacısına təcavüz edib. Evdə tək olan K.B bacısı Ö.B. ilə cinsi əlaqəyə girmək istəyib. Qız isə üst mərtəbədə yaşayan dayısının evinə qaçıb. Evdən çıxan Ö.B. rəfiqəsinin yanına gedib. Olanları rəfiqəsinə danışması hadisəni ortaya çıxarıb. Polisin Əxlaq Bürosunun əməliyyatçıları tərəfindən böyük qardaş K.B və ata A.B nəzarətə altına alınıb.

Polisin verdiyi məlumata görə böyük qardaş etiraf etsə də ata rədd edib.
Polisə ifadəsində Ö.B öz böyük qardaşının üç il təcavüz etdiyini deyib. Bir dəfə isə yatarkən atasının təcavüz etdiyini və oyandığında "Sənə bunu etdiyim üçün üzr istəyərəm" dediyini söyləyib.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Rüstəm


Müəllif: