2 May 2020 19:00
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamran Əliyev uzun müddətdir hüquq-mühafizə orqanlarında çalışan və böyük təcrübəyə sahib olan hüquqşünasdır. O, son 6 ildə baş prokurorun müavini və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatlar ölkəmizdə korrupsiya və rüşvətxorluğun qarşısının alınmasına hesablanıb.

Azərbaycanın yeni Baş prokuroru haqqında bu fikirləri Teleqraf.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O hesab edir ki, son 6 ildə və daha əvvəlki dövrlərdə Kamran Əliyevin əldə etdiyi təcrübə Baş prokuror fəaliyyətində ona yeni üfüqlər və imkanlar açacaq:

"Təmiz ictimai imicə sahib olan, hüquq-mühafizə orqanlarında kifayət qədər təcrübəsi olan və xüsusən, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış Kamran Əliyev Baş prokuror kimi uğurlu fəaliyyət göstərəcəkdir. Düşünürəm ki, bu hadisəni bir daha Azərbaycan Prezidentinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə qətiyyəti kimi qəbul etmək lazımdır. Bilirik ki, son dövrlərdə ölkəmizin bütün sahələrində islahatlar həyata keçirilir. Şübhəsiz ki, məhkəmə-hüquq sistemində də islahatların aparılması olduqca zəruridir. Nəzərə almaq lazımdır ki, bu gün də ayrı-ayrı hallarda bəzi məmurlar hələ də ölkəmizdə həyata keçirilən islahatların fəlsəfəsini, məzmununu və məntiqini dərk etmir, müxtəlif qanun pozuntusu hallarına yol verirlər. Biz bunun son nümunəsini Biləsuvar rayonunda gördük. Ona görə də korrupsiyaya qarşı mübarizə bu gün də aktualdır və yeni Baş prokuror Azərbaycan Prezidentinin onun qarşısında qoyduğu vəzifələri yerinə yetirəcək təcrübə və peşəkarlığa sahibdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər