Bütün dünyanı vahiməyə salan "taclı virus" (koronavirus) günəş işığı artdıqca, ömrünü başa vurur. Artıq bir neçə ölkədə sərt karantin rejimi yumşaldılır və həyat yavaş-yavaş öz axarına qayıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirlər "Ana Təbiət" NGM-nin rəhbəri, təbib Ərşad Əlizadəyə məxsusdur.
O hesab edir ki, restoran, mərasim evləri, kafe, çayxana, məscid, təhsil ocağı, uşaq baxçası və bu qəbildən olan digər obyektləri tez açmaq təhlükəlidir:
"Bəzi müəssisələrin müəyyən normalar çərçivəsində fəaliyyətini bərpa etmək olar".