4 May 2020 10:06
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejimi uzun müddət davam edə bilməz. Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar, işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır.

Teleqraf.com xəbər verir ki, professor Adil Qeybulla bu fikidədir.

Həkim bildirib ki, hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır: "Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştamlarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu böyük tələfatla müşayiət oluna bilər".

Adil Qeybulla hesab edir ki, ən optimal yol bu gün dünyanın getdiyi yoldur: "Ona görə də biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun dünyada yoxa çıxması haqda raport verənə qədər davam etdirməliyik. İkinci dalğanın olmasına yol vermək olmaz. Bu bizə ağır başa gələ bilər!

Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir. Bu ilki COVID-19 sürprizi isə hər il yeni formada bizi fakt qarşısında qotya bilər. İnsanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir. Ona görə də bu davranışa öyrəşməliyik".

Həkim təklif edib ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şarf forması istehsal edilsin: "Əslində, bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şarf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifiasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şarf və ya geyim forması icad olunmasına ehtiyac duyulacaq. ÜST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqotirmə bu formanı da sala bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər