4 May 2020 17:21
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsəbələrlə əlaqədar pandemiyadan əvvəl silsilə tədbirlər həyata keçirildi.

Teleqraf.com xəbər verir ki, bunu BNA-nın sədri Vüsal Kərimli Operativ Qərargahın brifinqində deyib:

"Yanvar ayında bir neçə avtobus kart rejiminə keçirildi. Bakıətrafı qəsəbələrdən həddindən artıq şikayət daxil olduğundan, məsələ müzakirə olunur. Sərnişin sıxlığı avtobus çatışmazlığı deyil, interval fasiləsi ilə əlaqədardır".

O bildirib ki, BNA-nın əsas vəzifəsi nəqliyyat vasitələrini cərimələmək yox, tıxacları azaltmaqdan ibarətdir: "Ümumilikdə 48295 nəqliyyat vasitəsi cərimələnib, lakin pandemiya ilə əlaqədar qərarlar verilməyib. Biz məcburi halda bu cərimələri bərpa etməliyik. Konkret zonalar üzrə cərimələri tətbiqi başlanacaq".

Vüsal Kərimlinin sözlərinə görə, ümumilikdə pandemiyadan əvvəl avtobusların yenilənməsi nəzərdə tutulmuşdu:

"Bakı şəhərində qəsəbə daxilində avtobus kasadlığı əsas problemdir. Biz avtobuslar yeniləndikdən sonra geridə qalan avtobusları qəsəbələrə yönləndirəcəyik".

O qeyd edib ki, metro bağlandıqdan sonra BNA sıxlığın öhdəsindən gəlmək infrastrukturuna malik deyil: "Avtobusda limit qoymaq kimi dünyada təcrübə yoxdur. 12 metrlik avtobuslarda 25 yer var, ayaq üstdə sərnişin sayı ilə ümumi 90 nəfər daşımaq olar. Sıxlığın qarşısını almaq üçün avtobusların sayını artırmaq lazımdır. Bu isə ekologiya ilə əlaqədar mümkün deyil".

O bildirib ki, sürücülərin səhhəti ilə bağlı yoxlamalar aparılır: "Sürücülər arasında yoluxma halları qeydə alınmayıb.
Onlar tunellərdən keçərək dezinfeksiya olunur və yoxlanışa aparılır. Bir sürücünün virusa yoluxması bütün qarajın fəaliyyətini dayandırması deməkdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər