Metroların nə zaman açılacağı barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq məlumatlarına əsaslanmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu BNA-nın sədri Vüsal Kərimli Operativ Qərargahın brifinqində deyib:
"Metro fəaliyyəti ilə bağlı məlumatım yoxdur. Biz bunu təsdiq edə bilmərik".
Vüsal Kərimli bildirib ki, ekspress xətlərin qalması müzakirə olunacaq: Metro və avtobus bir-birini təkrarlamamalıdır.
Bir manatlıq taksilərin fəaliyyəti ilə əlaqədar xüsusi ekspress marşurut taksisi də müzakirələr obyektidir. Metrolar arasında ekspress taksi fəaliyyəti ola, pik saatlarda avtobuslar ekspress xətlərə buraxıla bilər. Bunlar sərnişin axını analizinə görə buraxılacaq"