Bu gündən etibarən BNA tərəfindən daşıyıcı və taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə TƏBİB-in metrodikası göndərilib.
Teleqraf.com xəbər verir ki, bunu BNA-nın sədri Vüsal Kərimli Operativ Qərargahın brifinqində deyib:
"Şəffaf şüşələrin avtobuslarda qurulması vaxt apara bilər. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Biz çalışırıq ki, yeni 18 metrlik avtobusları marşurut xətlərinə buraxaq".