Bu gün təbliğat çox önəmli amildir. Bəzi telekanallar yüngüllükdən azad olmayıblar.
Teleqraf.com xəbər verir ki, bu sözləri Koronavirusla Mübarizəyə Dəstək Fondu İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli Operativ Qərargahın brifinqində deyib: "Hazırda ciddi efir vacibdir. Əyləncəni sonraya saxlamaq olar. Təbliğatda fondun böyük rolu olacaq".
Fərhad Bədəlbəyli deyib ki, fondun üzvü olmaq böyük məsuliyyət və şərəfdir: "Fonda kimi bir milyon, kimi bir manat verdi, fərq etmir, bu, xalqın puludur. Əgər oradan bir manat başqa yerə sərf olunsa, bu, xalqa təhqir olacaq
Toplantıda səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, səhiyyə avadanlığı üçün pul lazım deyil. Hazırda həkimlərin ailə sığortasına vəsait gərəkdir. Onlar ön cəbhədədirlər. Onların ailəsi üçün sığorta məsələsində razılığa gəldik. Proyekt olmasa da, ideyalar var.
Monitorinqlə vətəndaşların özlərini necə aparmasına nəzarət olunur.
Bakı bulvarı bağlı olsa da, vətəndaşlar sahildə gəzir. Onları başa düşürəm, amma onlar da anlamalıdırlar ki, bu, böyük bəladır. Bəziləri virusa inanmır, amma virus var, onu hiss etmək mümkün deyil. Faciə birdən gəlir, ciddiliyi anlamalıyıq.
Telekanallarda ciddiliyə yer ayrılmalı, bədii filmlərlə təbliğat aparılmalıdır. Bütün xərcləri ictimailəşdirmək lazımdır. Məsələn, 2 milyon hara sərf olundu, mütləq insanlara mətbuat vasitəsilə çatdırılmalıdır. Biz nəzarət edəcəyik ki, vəsaitlərin xərclənməsi ədalətlidir, ya yox. Mən söz verirəm".