5 May 2020 17:35
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla Mübarizəyə Dəstək Fondunun xərclərinin 8 istiqaməti var.

Teleqraf.com xəbər verir ki, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli Operativ Qərargahın brifinqində deyib:

"Səhiyyə avadanlıqlarının alınması daim şübhə yaradıb. Səhiyyə naziri Oqtay Şirəliyev də bildirdi ki, avadamlıqlarımız var. Buna görə də mən əsgərlərimizlə bağlı məsələni gündəmə gətirdim. Həkimlərimiz və əsgərlərimiz ön cəbhədədir. Hər şey nəzarətdən asılıdır".

Millət vəkili Ziyad Səmədzadə isə əlavə edib ki, vəsaitlərin xərclənməməsi qiymətləndirmələrlə bağlıdır:

"Qiymətləndirmələr aparılacaq. Səhiyyənin nisbətən zəif sahələri, aztəminatlı ailələr və digər sahələr nəzərə alınacaq. Məsələn, maska istehsalı zavodu yaradıldı və biz özümüzü xilas etdik.

Tam əmin ola bilərsiniz, mən iqtisadçı kimi demək istəyirəm ki, ölkə başçısının qərarı ilə yaradılan fondun hesabına xalqımızın sağlamlığı üçün böyük işlər görüləcək. Xərclərin çəkilməsinə başlanması üçün gərək təhlillər aparılsın, müraciətlər edilsin. Kifayət qədər maliyyə vəsaitimiz var. Tarix boyu belə fondlar yaradılıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər