6 May 2020 17:31
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan koronavirus xəstələrinin müalicəsində Çinin müalicə protokollarından istifadə edir.

Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, dünyada istifadə olunan bütün dərman və müalicə prosedurları Azərbaycanda tətbiq edilir:
"Həftədə bir neçə dəfə Cənubi Koreya və Israil kimi ölkələrin mütəxəssisləri ilə ölkəmizin mütəxəssisləri arasında video-konfrans üsulu ilə təcrübə mübadiləsi aparılır. Bundan başqa Türkiyədəki azərbaycanlı həkimlər 3 aylıq ölkəmizə ezam olunub və xəstələrin müalicəsi ilə məşğuldur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər