6 May 2020 17:41
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 modul tipli müalicə mərkəzi cənab prezidentin təşəbbüsü ilə dövlət büdcəsi hesabına, 4-ü isə özəl sektor hesabına tikilir.

Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, hər bir müəssisə 200 çarpayıdan ibarət olacaq: "Bu da bizə əlavə 2000 çarpayı üstünlüyü verəcək.
Bu xəstəxanalar aşağı təzyiqli hava ilə təchiz olunub. Bir-iki gün ərazində onlardan bir neçəsinin tam hazır olacağı gözlənilir. İyun ayının ortalarına qədər hamısı istifadəyə veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər