40 minə yaxın tələbə son tədris ilindədir. Onların artıq istehsalat təcrübəsi vaxtı başlayıb. Lakin onların onlayn tədrisə qoşulması məqsədəuyğun olmadı.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Nazir bildirib ki, ali təhsil müəssisələrinin rəhbərləri keçirilən müzakirələrdə tədris ilinin uzadılmasına ehtiyac olmadığı qənaətinə gəlinib: "Beləliklə, aıli təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur".
Nazir qeyd edib ki, hərbi çağırışa yollanacaq son sinif şagirdlərinin qiymətıəndirilməsi iyunda aparılacaq.