Martın 9-dan başlayaraq dövlət qulluğuna dair 2 min 600 müsahibə təxirə salınıb. Biz avqust ayından başlayaraq ayda 2 dəfə dövlət qulluğuna qəbul imtahanı keçirəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Məleykə Abbaszadə deyib ki, müsabiqə Bakı və regionlarda olacaq: "35 dövlət orqanına müsabiqə nəzərdə tutulur. Bu müsahibələrin hamısı onlayn qaydada aparılacaq. Müsahibənin cədvəlləri dövıət qurumları ilə razılaşdırılır".
O bildirib ki, magistraturaya imtahan verən şəxslər elektron formada ərizələrini təqdim edəcək və onlayn qaydada yekun müsabiqənin keçirilməsi baş tutacaq.