İyunda 160 mindən çox vətəndaş imtahanlarda iştirak edəcək. Bu, təşkilati baxımından ciddi yenilik tətbiq etməyi tələb edir.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
DİM sədri qeyd edib ki, bu prosesə nəzarətçi olaraq yenə də müəllimlər cəlb olunacaq. Amma onların sayı artacaq: "Epidemioloji vəziyyət nəzərə alınaraq imtahan cədvəlləri müəyyən olunacaq. İmtahanlar şənbə və bazar günlərinə salınacaq. Müəllimlər üçün müvəqqəti iş yerləri müəyyən olunacaq. Tədris sisteminin işçiləri də prosesə cəlb olunacaq".