Virtual məktəb layihəsinə 50%-dən artıq müəllim və şagird qoşulub.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazir bildirib ki, müəllimlərin əməkhaqlarının hesablanmasında dəyişiklik olmayacaq: "Bu dövr ərzində müəllimlərimizin fədakarlığının şahidi olduq. Cənab prezidentin siyasətində də tədris işçilərinin rifahı prioritet təşkil edir. Buna görə hər hansı balanslaşdırma aparılamayacaq. Müəllimlər əvvəlki qaydada və miqdarda maaşlarını alacaq".