Mətbuatda Bakı metropolitenin fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumatlar yayılıb. Təbii ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlardan və ölkədə infeksiyanın yayılma tempintən asılıdır. Təklif edirəm ki, metroya maskalı və yaxud qoruyucu vasitələrsiz şəxslər buraxılmasın.
Bunu Teleqraf.com-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib:
"Yaxşı olar ki, metroların girişində tempuratur ölçən cihazlar quraşdırılsın. Təsəvvür edin ki, metroda biri dayanmadan asqırır, öskürür. Vaqonlarda olan insanların reaksiyası necə ola bilər?
Psixoloji olaraq təsir edəcək,ən yaxın stansiyada insanlar dərhal vaqonu tərk etmək istəyəcəklər. Məsələ bu qədər sadədir".