Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumayt verilib.
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunur.