8 May 2020 17:16
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünya ölkələri, o cümlədən Azərbaycan koronavirus pandemiyası ilə mübarizə aparır. Prezident İlham Əliyevin bununla bağlı vaxtında dəqiq qərar və tapşırıqlar verməsi nəticəsində respublikamızda müsbət nəticələr əldə olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Bakı metropoliteni" QSC sədri Zaur Hüseynov Operativ Qərargahın brifinqində deyib:

"Daxil olan məlumatları araşdırıb, operativ qərarlar verməsində Operativ Qərargahın rolu böyükdür. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında yaradılan qurum 24 martdan karantin rejimi elan edib. 29 martdan Bakı metrosu səhər 7-dən 9-a və axşam 5-dən 9-a qədər işləyib. Lakin 30 martdan fəaliyyəti dayandırılıb.

Bakı metrosunun istismarı zəruri tələblər səviyyəsində tənzimlənməlidir. Qatarların işlək vəziyyətdə olması müntəzəm təmin edilməli və texniki qulluq şərtlərinə əməl olunmalıdır".

O bildirib ki, metropolitendə əks-epidemik tədbirlər Operativ Qərargahln tələblərinə uyğun olaraq aparılır: "Elektron portalda sərnişinlər və işçilər üçün zəruri məlumatlar yerləşdirilib. 24 saat ərzində 9 64 nömrəli qaynar xətt fəaliyyət göstərir.

O cümlədən 24 fevraldan metronun bütün qatarları, səthlər, qapılar, şüşələr, keçidlər müntəzəm olaraq dezinfeksiya olunur. Bu işlər gün ərzində bir neçə təkrarlanmaqla daima yerinə yetirilir".

O bildirib ki, iş günlərində 800 000, şənbə günlərində 600 000, bazar günlərində 450 min sərnişin istifadə edir: "Gün ərzində metrodan 650 min sərnişin istifadə edir. Mövcud vəziyyətlə bağlı mart ayında sərnişin daşımlar azaldıldı".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər