Yeni tikilən stansiyalarda iş davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Bakı metropoliteni" QSC-nin sədri Zaur Hüseynov Operativ Qərargahın brifinqində deyib:
"Yaxın zamanlarda yeni stansiyalar istifadəyə veriləcək. Metropolitenin tikintisində istifadə olunan avadanlıqlar ölkəyə gətirilib. İnşaat işləri bitib".
O əlavə edib ki, insanların maska taxmaması metronun səlahiyyətlərinə daxil deyil: "Biz sərnişinlərə maska taxmaları ilə bağlı xəbərdarlıq etmişik. Metropoliten 25 stansiyadan ibarətdir və 15-də aptek var. Əlavə olaraq metropolitendə səyyar maska satışı həyata keçiriləcək.
Biz "Zeytun" aptekə də müraciət etdik, apteklər səhər saat 6-da açılsın. Eyni zamanda, sərnişinlərin maska əldə etməsində çətinlik yaranmaması üçün tapşırıqlar verilib".