8 May 2020 17:35
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Operativ Qərargahın tövsiyələrinə əsasən yaşı 65-dən yuxarı olan işçilərin işə gəlməməsinə ciddi yanaşmışıq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Bakı metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, metropolitendə mayın 31-dək bütün tövsiyələrə əməl olunacaq: "Sərnişinlərin yoxlanılaraq içəri buraxılmasında əlimizdən gələni edəcəyik.

Metropolitendə çıxışlara məhdudiyyət məsələsi olmayıb. Yalnız girişlərdə məhdudiyyət qoyulur və bu sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 8-12 saat ərzində çalışan metropoliten əməkdaşlarının sağlamlığı həm də sərnişinlərin davranışından asılıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər