Metropolitendə havalandırma sistemi 2 vəziyyət üçün nəzərdə tutulub, qatarların hərəkəti və qatarlar dayanan zaman.
Teleqraf.com xəbər verir ki, bunu "Bakı metropoliteni" QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov Operativ Qərargahın brifinqində deyib:
"Qatarların hərəkəti dayananda süni vintelyasiya sistemləri işə düşür. Bütün stansiyalarda bu sistemlər qurulub. Hazırda bu vintelyasiyaların gücü normalara uyğun metropoliten stansiyalarında hava mübadiləsini həyata keçirməyə kifayət edir. Pandemiyanın yayılmasının qarşısını almaq üçün bütün işlər görülüb".
Hidayət Məmmədov əlavə edilib ki, metroda 280 vaqonun 255-də kondisioner var: "Bütün vaqonlar kondisionerlə təmin olunacaq. Köhnə vaqonlara müasir kondisioner sistemləri quraşdırmaq mümkün deyil. Köhnə vaqonlar hələ ki kondisionersiz işləyəcək, ancaq vintelyasiyalar işlək vəziyyətdə olacaq".
Əlixan Osmanov əlavə edib ki, metropolitendə ötən müddət ərzində yalnız sərnişindaşıma fəaliyyəti dayandırılıb: "Bütün texniki yoxlanışlar aparılıb və metro fəaliyyətə tam hazırdır. Bütün görülən tədbirlər sıxılığın azalmasına, pandemiyanın yayılmasının qarşısını almağa yönəlib".