9 May 2020 17:29
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusdan vəfat edənlərin 43 faizi 60-69, 14 faizi 70-79 yaş arasındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 40-49 arasında bir vətəndaşımız vəfat edib: “Bildiyimiz kimi, həmin vətəndaşımız uzun sürən xəstəlikdən əziyyət çəkirdi”.

Ramin Bayramlı vətəndaşları məsuliyyətli olmağa dəvət edib: “Bizim “Evdə qal!” şüarımız qüvvədədir. Hər kəs qapalı məkanlarda maskalardan istifadə etməlidir. Faktlar göstərir ki, vəfat edənlərin çoxu yaşlı nəslin nümayəndələridir. Mən gənclərə səslənirəm ki, gəlin böyüklərimizi qoruyaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər