11 May 2020 17:41
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il imtahan günlərinin sayı əvvəlki illərlə müqayisədə çox olacaq.

Teleqraf.com-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Koronavirus pandemiyası ilə əlaqədar bu il imtahanların sanitar-gigiyenik tələblərin qorunması baxımından fərqli şəkildə edəcəklərini deyən N.Hüseynova bildirib ki, əvvəl imtahan zamanı zaldakı bir masa arxasında iki abituriyent əyləşə bilirdisə, bu il bunu edə bilməyəcəklər:

"Bu il imtahan zallarında bir masa arxasında bir şagird əyləşəcək. Əvvəl bir zalda 30-a yaxın abituriyent əyləşdirə bilirdiksə, indi bu rəqəm 12-15 nəfərdən çox olmayacaq. Əvvəl 30 min abituriyent bir gündə imtahan verirdisə, bu il bütün bu rəqəmləri ikiyə bölməli olacayıq. Ona görə də bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan günlərinin sayı da artacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər