2 Oktyabr 2014 14:00
3 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Simsar.az” saytının əməkdaşlarına Hacıqabul rayonunda çəkiliş aparmalarına imkan verilməyib. Bu bardədə Teleqraf.com-a saytın baş redaktoru İradə Nurəddinqızı məlumat verib.

“Mən və ezam olunmuş digər 4 əməkdaşımız Hacıqabul qəbiristanlığında şəhidlərimizin qəbirlərini ziyarət etməyə gedərkən rayon icra hakimyyətinin, yol polis idarəsinin, istintaq axtarış şöbəsinin və polis idarəsinin əməkdaşları qarşımızı kəsib, bizi rayon polis şöbəsinə apardılar. 3-4 saat heç bir əsas olmadan orda saxlanıldıq”, deyə İ.Nurəddinqızı bildirib.

Jurnalistlər oktyabırın 1-i şəhid zabitimiz Baxışlı Allahverdi Əbülfəz oğlunun yas mərasimində iştirak edib, onun ailəsi ilə görüşmək üçün, Hacıqabul rayonuna gedib. Onlar şəhidin yas mərasimində iştirak edib, ailə üzvlərinin problemi ilə maraqlanıblar.

“Ərini və oğlunu vətən yolunda şəhid verən bir qadın, yaşanılması mümkünsüz, heç bir şəraiti olmayan evdə yaşayır. Biz də evin şəkillərini çəkdik, fakt kimi. Daha sonra rayon camaatı yollarının bərbad vəziyyətdə olduğundan şikayətləndilər. Bunun da şahidi olduq. Həqiqətən yollar ucqar dağ yollarını xatırladırdı. Gördüyümüz mənzərərlərin də fotolarını çəkdik. Çoxsaylı haqlı şikayət və iradlara aydınlığ gətirmək üçün rayon icra hakimiyyətinə getdik. Orda bizi Rayon İcra Hakiminin birinci müavini Sahib Aslanov qəbul elədi. Bizimlə xeyli söhbət elədi. Bir həftə içərisində şəhid anasının evlə təmin olunacağını söylədi. Daha sonra “Xiyabansız şəhidlər” adlı layihəmiz üçün rayon şəhidlərindən olan və “el qəbristanlığında dəfn olunan şəhid Səxavət Rüstəmovun ailəsini ziyarət etmək istədiyimizi bildirdik. Cənab müavin bizi israrla nahara dəvət etsə də işlərimizin çox, yolumuzun uzağ olduğunu səbəb gətirərək təkliflərini qəbul etməyib minnətdarığımızı bildirdik. Elə hər şey də bundan sonra başladı. burda başladı. Səxavət Rüstəmovun qardaşı ilə yenicə görüşmüşdük ki, Sahib müəllim zəng edərək “siz mütləq bizim nümayəndəmizin müşahiyyətiylə gəzməlisiniz” Sizin başınıza iş gələ bilər, böyürdən biri çıxıb sizə birşey edər” deyə qəribə fikirlər söylədi. Az sonra isə icra hakimiyyətinin 2 maşın nümayəndəsi qarşımızı kəsdi. Daha sonra mülki geyimli bir şəxs, maşınımızın qarşısını kəsib, özünü istintaq axtarış şöbəsinih əməkdaşı kimi təqdim edərək sənədlərimizi tələb etdi. Sənədlər yoxlanıldıqdan sonra, bizim rayon ərazisində icazəsiz gəzəməyə ixtiyarmızın olmadığını bildirdi. Ona da hüquqlarımızı oxuyub yola düşdük qəbristanlığa, şəhidi məzarını ziyarət etməyə. Bu maşınlar isə bizi qarabaqara izləməyə başladı. Sanki böyük bir “cinayətin” izinə düşmüşdülər. Qəbiristanlıqdan çıxmaq istəyərkən qarşımızı Rayon Yol Polis İdarəsinin maşını kəsdi. Daha sonra cinayət axtarış şöbəsinin əməkdaşının maşını gəldi, bizi mühasirəyə alaraq hamınız rayon polis şöbəsinə getməlisiz dedilər. 5 maşının müşaiyəti ilə rayon polis şöbəsinə aparıldıq. Səbəb isə niyə biz qəbiristanlığa gedib şəhidləri ziyarət etmişik, onların məzarlarının niyə şəkillərini çəkmişik və niyə Hacıqabulun dagılmış küçələrini görüb çəkmişik. “Bu şəhidlər bizimdi, sizin ixtiyarınız yoxdur onları gəlib ziyarət edəsiz” ittihamı ilə Hacıqabul polis bölməsində 4 saata yaxın saxlanıldıq”.

Hacıqabul icra hakimiyyəti başçısının müavini Sahib Aslanov mətbuata açıqlamasında baş verənləri təsdiqləyib. Amma hadisənin jurnalistlərin təsvir etdiyi kimi baş vermədiyini əlavə edib:

«Əvvəla rayona müxbir gəlirsə, əvvəlcə gəlib yerli icra hakimiyyətindən qeydiyyatdan keçməlidir. Rayona səfərlərinin məqsədinin, planlarını açıqlamalıdırlar. Onlar qeydiyyatdan keçməmişdilər. Mən səhər onları qəbul etdim. Azı iki saat söhbətləşdik. Mənə dedilər ki, biz şəhid ailəsini ziyarətə gəlmişik. Mən də şəhidin ailə üzvləri ilə danışdım. Amma onlar düşüb şəhərin orda-burda şəkillərini çəkdirdilər, gedib qəbiristanlıqda çəkiliş edirdilər. Bildirdik ki, başqa planlarınız varsa, biz sizə iki nəfər əməkdaşımızı qoşaq, birlikdə hara lazımsa gedin. İndi özbaşına gedib şəhər qəbiristanlığını çəkiblər. Onların işi reportaj hazırlamaq deyil, ajiotaj yaratmaqdır».


Müəllif:

Oxşar xəbərlər