Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilən Aqil Şirinovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ali təhsil müəssisəsinin rəhbər heyətinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, Mübariz Qurbanlı Azərbaycan Prezidenti İlham Əliyevin Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncamını diqqətə çatdırıb.
Komitə sədri çıxışı zamanı İnstitutun yaradılma məqsədi, qarşıda duran vəzifələri haqqında danışıb. İnstitutun yetişdirdiyi kadrların milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini verəcəyinə ümidvar olduğunu qeyd edib.
Aqil Şirinovun elmi fəaliyyətindənbəhs edən Mübariz Qurbanlıyeni təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən rektor Aqil Şirinovona göstərilən böyük etimada və inama görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bundan sonra öz fəaliyyətini ali təhsil müəssisəsinin daha da inkişaf etməsinə həsr edəcək.