Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərmanla “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilənib.
Sənədə əsasən, Prezident Administrasiyası və yerli icra hakimiyyəti orqanlarına videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.