13 May 2020 17:43
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

ÜST və Azərbaycan arasında çox səmərəli əməkdaşlıq var.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

"ÜST tərəfindən Azərbaycan səhiyyəsinin hazırlığı yüksək qiymətləndirilib. 11 may tarixində dövlət başçısına təşəkkür məktubu göndərilib. Biz ÜST-lə əməkdaşlığımızı davam etdirəcəyik".

Regional münaqişələrdən danışan Hikmət Hacıyev deyib ki, bununla bağlı BMT-nin açıqlamaları var: "Təbii ki, Ermənistan və Dağlıq Qarabağ münaqişəsində Ermənistan bu məsələni təhrif edir. Ermənistan beynəlxalq öhdəliklərinə sadiq olduğunu göstərmək istəyirsə, öz qoşunlarını Azərbaycan ərazisindən çıxarsın.

Azərbaycan əsir və girovların dəyişdirilməsi tərəfdarı olub. Lakin Ermənistan həmişə bu məsələdən boyun qaçırıb. Bu gün humanist prinsipləri nəzərə alaraq, əsir və girovların dəyişdirilməsi həyata keçirilməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər