Land Mark otelində Azərbaycanda su strategiyasının işlənib hazırlanması üzrə maraqlı tərəflərin Məsləhətləşmə seminarı keçirilib.
Teleqraf.com xəbər verir ki, seminarda Layihənin meneceri Ali Akhtar, AİB-nın layihə üzrə məsul şəxci Yaqut Ertenliche, layihənin ekspertləri, su resursları üzrə mütəxəssis Ramchand Oad, irriqasiya və drenaj üzrə mütəxəssis Theodore Patterson, kənd təsərrüfatı və təbii sərvətlər üzrə iqtisadçı DennisWicheins, daşqınların idarə edilməsi üzrə mütəxəssis Stephen Parsons qatılıb. Seminarda həmçinin su ilə bağlı fəaliyyət göstərən təşkilatların, o cümlədən Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirliklərini, Milli Məclisi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ni, “Azərsu” ASC-ni, “Azərenerji” ASC-ni, eləcə də Beynəlxalq təşkilatları, habelə Dünya Bankını, Avropa İttifaqını, BMT-nın İnkişaf Proqramını təmsil edən əməkdaşlar iştirak edib.
SEDA-nın rəisi vəzifəsini müvəqqəti icra edən Baba Azakov və Layihə meneceri Ali Akhtarın açılış nitqlərindən sonra seminar öz işinə başlayıb. Gündəliyə uyğun olaraq “Suyun idarə edilməsində çətinliklər-qlobal perspektiv” mövzusunda Layihənin baş eksperti Ramchand Oadın və “Suyun inkişaf perspektivləri və idarəetmədə çətinliklər” mövzusunda SEDA-nın şöbə müdiri Arif Axundovun təqdimatları edilərək geniş müzakirələr aparılıb.
Layihə ekspertləri müxtəlif sektorlarda (hidroelektrik istehsalı, suvarma, su təchizatı, sənaye) sudan istifadənin vəziyyəti, tələbat və su ilə bağlı yarana biləcək təhlükələr (daşqın, subasma, quraqlıq) haqqında çıxış ediblər.
Seminarın ikinci bölümündə iştirakçılar beynəlxalq ekspertlərin rəhbərliyi ilə üç işçi qrupda (Suya tələbat və su təchizatı, Kənd təsərrüfatına sudan istifadə və Su ilə bağlı təhlükələr) müzakirələr aparılıb və müzakirələri sonunda hər bir qrup üzrə təqdimat hazırlanıb.
İlhamə