13 May 2020 22:24
2 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xalq artisti Emin Ağalarov həyat yoldaşından boşanıb.

Teleqraf.com xəbər verir ki, Emin Alyona Qavrilova ilə münasibətlərinin rəsmən başa çatması ilə bağı instaqram səhifəsində məlumat yayıb. O deyib:

“Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”.

Qeyd edək ki, Eminlə 2 il evli olan Alyona Qavrilova da ayrılıq barədə yazıb və çox çətin günlər keçirdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər