15 May 2020 00:38
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən Teleqraf.com-a verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər