Bakıda 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıcaq.
Paytaxtın kommunal strukturlarından Teleqraf.com-a daxil olan məlumata görə, may ayının 16-sı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq:
"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur".