15 May 2020 10:10
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq bir neçə rayonun prokurorunun işdən çıxarılması barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-un sorğusuna cavabında faktı təsdiqləyib. Qeyd edib ki, həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Eldar Sultanov bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı digər əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər