Maydan 18-dən etibarən Bakı, Sumqayıt və Abşeron, həmçinin Lənkəran şəhərlərində SMS icazə sistemi ləğv olunur.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, restoran, kafe çay evlərində yerində xidmət saat 08:00-dan 18:00-adək yerində xidmət bərpa olunur:
"Bu məkanlarda sanitar epidemoloji qaydalara riayət etmək restoran rəhbərləri ilə yanaşı, müştərilərin də öhdəliyidir. Eyni zamanda muzeylərin fəaliyyəti bərpa olunur".
Ramin Bayramlı qeyd edib ki, 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağası aradan qalxıb: "Lakin bu şəxslərdən koronavirus risk qrupuna daxil olduqları üçün zəruri hallarda evdən çıxmaları xahiş olunur"