15 May 2020 17:23
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində əks-epidemik tədbirlər nəticəsində yoluxamnın qarşısını nisbətən almaq mümkün olub.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Opreativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bəzi bölgələrdə əldə olunan statistik göstəricilər bir sıra problemlərin ortaya çıxdığını göstərib: "Yevlaxda daha ciddi tədbirlərə ehtiyac görürük. Yoluxmanın yüksək olduğu daha bir bölgə Lənkərandır. Burada Boladi, Şiləbad, Şağlaser, Vilvanda 10-dan çox fakt aşkarlanıb.

Bu göstəricilər bizi qətiyyən qane edə bilməz. Həmin bölgənin sakinlərinə xüsusi karantin rejiminə əməl etmələrini xahiş edirik”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər