Bəzi insanlar özlərini evdə müalicə etməyə çalışırlar, xəstəliyi soyuqdəymə kimi qiymətləndirilər.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Yanaşı xəstəliyi olanların evdə müalicəsi zamanı vəziyyətləri daha da ağırlaşır. Bu isə bizim işimizi çətinləşdirir".
O qeyd edib ki, Çağrı mərkəzinə 2400 müraciət daxil olub: "Eyni zamanda Türkiyədən gətirilən həkimlərin Gəncə, Ağdaş, Şəmkir şərhlərində fəaliyyəti davam etdirilir. Ölkə səviyyəsində vəziyyətin qiymətləndirilməsi üçün epidemioloji təhlil aparılır.
Hər bir aşkar olunan xəstəliyin 12 saat ərzində araşdırılması aparılır, onların təmasda olduğu şəxslər karantinə götürülür və məlumatları TƏBİB-ə ötürülür. Eyni zamanda gigiyena və epidemiologiya mərkəzlərinin rayonlardakı poliklinikaları bu işi birgə davam etdirir."
Ramin Bayramlı bildirib ki, yeni tibbi təvazımaların alınması davam edir: "Xüsusi rejimli xəstəxanalara 1751 tibb işçisi ayrılıb. Növbəti həftələrdə modul tipli xəstəxanalarda xidmət üçün tibb heyəti hazırlanır və bu rəqəm 3000-ə çatdırılacaq"