15 May 2020 17:49
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejimində təkrar məhdudiyyətlər tətbiq oluna bilər.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Xüsusilə bayram günlərində məhdudiyyətlər tətbiq oluna bilər. Bununla bağlı müraciət hazırlanır. Eyni zamanda, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra testlər mütəmadi olaraq aparılacaq. 10-14 gün sonra növbəti mərhələlələrlə bağlı qərarlar qəbul ediləcək".

Ramin Bayramlı bildirib ki, SMS-icazənin ləğvi əvvəlki sosial həyata dönməyimiz sayılmır: "Vətəndaşları məsuliyyətli olmağa çağırırıq. Restoran və kafelərin fəaliyyəti ilə bağlı TƏBİB-in müvafiq medodik göstərişləri var. Bəzi kafelərdə və müəyyən xidmət müəssisələrində qəlyandan istifadə qadağası qalmaqdadır. Bu qayda pozularsa, əlavə tədbirlərin görülməsi qərarlaşdırılıb" .

Ramin Bayramlı əlavə edib ki, bu tədbirlər gündəlik həyatımızın davam etməsinə imkan verir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər