17 May 2020 20:10
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş Təhlükəsizlik İdarəsi Antalyada əməliyat həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Tvitterdə dini dəyərləri aşağılaması ittihaml ilə F.E həbs edilib.

Baş Təhlükəsizlik İdarəsinin hadisə ilə bağlı yaydığı yazılı açıqlamada F.E-nin öz Tvitter hesabında dini dəyərləri aşağılayan, xalqın bir kəsimini diğər kəsimi əleyhinə kin və düşmənçiliyə təhrik edən fikirlər yaydığı bildirilir.

Məsələ ilə bağlı Antalya Respublika Prokurorluğu da açıqlama yayıb. Prokurorluq həmin şəxs haqqında araşdırma başlandığını bildirib.

Qeyd edək ki, F.E-nin öz paylaşımlarında Məhəmməd peyğəmbər və islam dininə həqarət etdiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər