18 May 2020 10:49
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan bayramının yaxınlaşması, karantin rejiminin yumşaldılması, Bakı şəhərindən rayonlara və yaxud əksinə, rayonlar arası sərnişin axınları yaranacaq. Yerüstü nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu vəziyyət kəskin qiymət artımına səbəb ola bilər. Bu, indidən hiss olunur.

Bunu Teleqraf.com-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Ekspert təklif edir ki, qiymət artımı və sıxlığın qarşısını almaq üçün az sərnişin tutumlu, mikroavtobusların sərnişin daşımasına müvəqqəti icazə verilsin: "Bu nəqliyyat vasitələrinin sərnişin tutumu 4-6, 8-10 nəfərlik olur.

Pandemiyanın gedişatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq böyük tutumlu nəqliyyat vasitələrinin hərəkətinə tələsə bilmərik. Mikroavtobusların çevikliyi, komfortu daha fərqli və yüksək olduğu üçün sərnişin daşımalarında bəhrələnə bilərik".

Aslan Əsədov hesab edir ki, bu, qiymətləri stabil saxlamağa kömək edəcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər