2 Oktyabr 2014 17:58
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlər üçün “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda müsabiqə elan edilib. Lent.az-ın məlumatına görə, müsabiqəni Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi, Azərbaycan Mətbuat Şurası və Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koodinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi keçirir. Məqsəd Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin rolunun, türk dünyasına təsiri imkanlarının tədqiqi istiqamətindəki jurnalist fəaliyyətini stimullaşdırmaqdır. Müsabiqəyə təqdim olunacaq yazılar üçün “Türkdilli Ölkələrin və Toplumların Media Forumu: ideyanın yaranması, təşəkkülü və gələcəyə baxış” istiqaməti müəyyənləşdirilib.

Müsabiqənin qalibi Türkdilli Ölkələrin və Toplumların noyabrın 15-də Şimali Kiprdə keçiriləcək IV Forumunda iştirak hüququ əldə edəcək. İkinci və üçüncü yerə layiq görülmüş jurnalistlər Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə bu ölkənin müxtəlif yerlərinə təşkil ediləcək turlarda iştirak hüququ qazanacaqlar. Müsabiqədə yer tutacaq şəxslərin adları noyabrın ayının 5-dək açıqlanacaq.

Müsabiqəyə oktyabrın 3-dən 30-dək jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Qeyd edək ki, yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də verilməlidir. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan MŞ-nın “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.


Müəllif:

Oxşar xəbərlər