18 May 2020 18:01
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məscidlərdə kütləvi şəkildə dini ayinlərin həyata keçirilməsi qadağandır.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bu gün qərarlar riyazi hesablamalarla aparılır: "Əgər kritik vəziyyət yaranarsa, yenidən sərtləşmə elementlərinə qayıtmaq olar.

Ölkəyə vətəndaşların gətirilməsi zamanı yoluxmalar 20-30 faiz səviyyəsindədir. Ukraynadan ölkəyə gətirilən 120 nəfərdən 29 nəfərdə virus aşkarlanıb. Rusiyadan gətirilən vətəndaşlar arasında da 20 faiz yoluxma qeydə alınıb. Hazırkı imkanlar daxilində bunu idarə etmək mümkündür".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər