20 May 2020 00:23
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toylarda daha çox insan olur. Buna görə də hələlik bu, gündəmimizdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:

"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər