3 Oktyabr 2014 00:05
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluğa görə həbs edilən teleaparıcı, falçı-ekstrasens İlham Mirzəyevdən sonra ekstrasenslər araşdırılır.

Axar.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları təftişə başlayıb və vətəndaşları aldadan, insanların hisslərini istismar edərək pullarını mənimsəyən falçılar, cindarlar, cadügərlərin araşdırılır.

Məlumatda deyilir ki, deputat Zahid Orucun az əvvəl mətbuatda anonsunu verdiyi həbslər dalğasının olacağı xəbəri rəsmiləşə bilər. Hüquq-mühafizə orqanları araşdırmalar aparır, vətəndaşların şikayətləri dosye şəklində toplanır, dələduzluq edənlərin siyahısı hazırlanır.

Əldə etdiyimiz xəbərə görə, əsasən efirdə fasiləsiz piarı gedən, ekran arxasından vətəndaşları aldadan falçılar həbs oluna bilər. Z.Oruc da falçıların həbsinə az qaldığını demişdi:

“Televiziyaların efirindəki biabırçılıqlar yığışdırılmalıdır. İlham Mirzəyevin yanına gedəcək çoxlu insanlar var və onların əksəriyyəti də ekranlardadır. Hüquq-mühafizə orqanları onlara qarşı əməliyyat keçirməlidir”.


Müəllif:

Oxşar xəbərlər