21 May 2020 17:09
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirliyimiz pandemiya dövründə Operativ Qərargahın bütün qərarlarına əməl edir. Bu dövr ərzində əməkdaşlarımızdan heç kim virusa yoluxmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, təhlükəli tibbi tullantıların idarə olunması nazirlik tərəfindən həyata keçirilən tədbirlər arasında prioritet təşkil edir: "Tibbi tullantılar təhlükəliliyənə görə A, B, C, D kateqoriyalarına bölünüb. C, D kateqoriyalarına daxil olan tullantılar xüsusi təhlükəli hesab olunur".

Nazir qeyd edib ki, karantin üçün ayrılmış yerlərdə 2300 kubmetr tullantı zərərsizləşdirilib: "Bunlar Abşeron rayonu, Şəmkir və digər bölgələrdə utilizasiya edilib".

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, tullantıların zərərsizləşdirildiyi poliqonda proses ciddi qaydalar çərçivəsində həyata keçirilir. Yandırəlan zibillərin kül və tüstüsü ətraf mühit üçün zərərli deyil.

O bildirib ki, mövsümlə bağlı Xəzər dənizinin suyundan analizlər götürülməyə başlanıb və artıq bir neçə yerdən su nümunələri götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər