Sumqayıtdakı tullantı poliqonunda yanğın araşdırılıb və onun rəhbəri 4 min 800 manat məbləğində cərimə olunub.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, Sumqayıt ölkəni böyük sənaye şəhərlərindən biridir. Buna görə də həmin ərazi nazirliyin diqqət mərkəzindədir.